Corc Bayron

the

Corc Bayron
ing. George Gordon Byron
Doğum adı George Gordon Byron
Doğum tarixi 22 yanvar 1788(1788-01-22)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 19 aprel 1824(1824-04-19)[3][4] (36 yaşında)
Vəfat yeri
Vəfat səbəbi sepsis
Dəfn yeri
  • Nottinqemşir[d]
Həyat yoldaşları
Uşaqları
Təhsili
Fəaliyyəti şair, söz yazıçısı[d], siyasətçi, dramaturq, avtobioqraf[d], tərcüməçi, hərbi qulluqçu, gündəlik yazıçısı[d], yazıçı, librettoçu, əsilzadə
Əsərlərinin dili ingilis dili
İstiqamət romantizm
Üzvlüyü
İmza

Corc Qordon Bayron 22 yanvar 1788[1][2][…], Vestminster borosu, Böyük London[1][3][…]19 aprel 1824[3][4], Mesolonqion[d][7][8][…]) — ingilis romantik şairi. İki əsr bundan öncə olduğu kimi bu gün də ingilis şairi Corc Qordon Bayronun yaradıcılığı, əsərlərinin dili və poetikası, ədəbiyyatda bayronizm ictimai əhvali-ruhiyyəsi dünya ədəbiyyatşünaslığının və dilçiliyinin diqqət mərkəzində qalır. Bayronun əsərləri mütaliə edilir, öyrənilir, tədqiqata və təhlilə cəlb olunur. Müvafiq tendensiya Azərbaycan ədəbiyyatşünaslığı və dilçiliyi üçün də yad deyildir. Lakin XXI əsrdə Bayron yaradıcılığını tədqiq etmək həmin işi 50 il bundan öncə həyata keçirməkdən konseptual şəkildə olmasa da, forma etibarilə xeyli fərqlənir. Mütərəqqi romantizmin görkəmli nümayəndələrindən hesab olunan Bayronun yaradıcılığı dünya ədəbiyyatının inkişafına güclü təsir göstərmişdir. Əbəs yerə deyil ki, dünya ədəbiyyatında məhz Bayron "Sevimli şair" ləqəbi ilə tanınır. Dünyagörüşündəki ziddiyyətlər-fərdiyyətçilik, ümidsizlik, ekzotikaya aludəçiliklə yanaşı, üsyankar ruh, azadpərvərlik, məzlum xalqlara rəğbət Bayron yaradıcılığının əsas xüsusiyyətləridir. Onun qəhrəmanları əsasən təkbaşına vuruşur, mübarizə aparır, həyatın ən çətin sınaqlarından çıxış yolunu şəxsi azadlığında görür.

  1. 1 2 3 4 L. S. Byron, George Gordon (ing.). // Dictionary of National Biography / L. Stephen, S. Lee London: Smith, Elder & Co., 1885. Vol. 8. P. 132–155.
  2. 1 2 3 4 Байрон, Джордж-Ноэль-Гордон (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1891. Т. IIа. С. 726–730.
  3. 1 2 3 4 E. H. C. Byron, George Gordon Byron, 6th Baron (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 4. P. 897–905.
  4. 1 2 Bibliothèque nationale de France George Gordon Byron Byron // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  5. 1 2 3 Kindred Britain.
  6. 1 2 3 Oxford Dictionary of National Biography (ing.). / C. Matthew Oxford: OUP, 2004.
  7. 1 2 Байрон // Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия, 1962. Т. 1.
  8. 1 2 Archivio Storico Ricordi. 1808.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search